Bu ölkələr Çin təcavüzünə hazırlaşır
sizinxeber.az xəbər saytı

Bu ölkələr Çin təcavüzünə hazırlaşır


Hind-Sakit okean ölkələri Çinin mümkün təcavüzü qarşısında ABŞ-ın regiondakı müttəfiqlərinə "xəyanət edəcəyindən" ehtiyat etdikləri üçün yenidən silahlanmanı sürətləndirir və öz aralarında müdafiə sahəsində əməkdaşlığı genişləndirirlər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik forumunun nəticələrinə istinadla məlumat yayıb.

"Forum zamanı ABŞ-ın hərbi naziri Pit Heqset müttəfiqləri regionun təhlükəsizliyində daha fəal rol almağa çağırıb. Eyni zamanda, bir çox iştirakçı Vaşinqtonun diqqətinin başqa böhranlara, xüsusən də İran ətrafındakı vəziyyətə yönəldilməsi potensialından narahat olduqlarını bildirib. Bu cür narahatlıqlara cavab verən Pentaqon rəhbəri "Biz eyni anda iki işi görə bilərik" deyib.

Bununla belə, region ölkələrinin nümayəndələri ənənəvi Amerika təhlükəsizlik sistemindən kənarda öz müdafiə qabiliyyətlərini gücləndirmək və öz aralarında əməkdaşlığı dərinləşdirmək üçün artıq çalışdıqlarını vurğulayıblar",- məlumatda vurğulanıb.

Filippinin müdafiə naziri Gilberto Teodoro nəşrə bildirib ki, forum iştirakçıları öz milli ordularını tez bir zamanda gücləndirmək istəyində yekdildirlər:

"Manila Yaponiya, Avstraliya, Kanada və Yeni Zelandiya ilə hərbi əlaqələri genişləndirir".

Agentlik qeyd edib ki, Yaponiya yeni regional təhlükəsizlik arxitekturasında xüsusi rol oynamağa çalışır.

Oxşar xəbərlər

Pentaqon rəhbəri: ABŞ-nin NATO üzrə müttəfiqləri Rusiyanı özləri çəkindirməlidir
Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir
Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb
Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır
ABŞ Yaponiyada hərbi hava bazasına bombardmançı təyyarələr göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər