Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır
Pentaqon Rusiya, Çin və KXDR arasında artan hərbi-texniki əməkdaşlığın Asiya-Sakit okean regionunda vəziyyəti çətinləşdirdiyini və ABŞ-nin təhlükəsizliyini təhdid etdiyini hesab edir.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo bildirib.
“Çin, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq Hind-Sakit Okean regionunda təhlükəsizlik problemlərini şiddətləndirmək və gücləndirmək, təhlükəsizliyi zəiflətmək, gərginliyi artırmaq və regionda mübahisələri dərinləşdirməklə təhdid edir ”, - deyə o bildirib.
Paparo həmçinin qeyd edib ki, Rusiya 2021-ci ildən bəri Sakit Okean Donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib, sualtı qayıqların sayını artırıb və Berinq dənizindəki əməliyyatlarının coğrafiyasını genişləndirib.
Oxşar xəbərlər
Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür
ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır
Dörd ölkə Hind-Sakit okeanı regionundakı təhlükəsizliyi müzakirə edib
Arpana Pratap: COP29 kiçik ada ölkələri üçün əvəzsiz platformadır
ABŞ Filippində raket sistemlərini yerləşdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
