Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir
sizinxeber.az xəbər saytı

Heqset: ABŞ-nin zəngin müttəfiqləri müdafiə xərclərini özləri ödəməlidir


ABŞ-nin zəngin müttəfiqi olan ölkələr Vaşinqtonun dəstəyinə güvənmək əvəzinə, müdafiə xərclərini müstəqil şəkildə qarşılamalıdırlar.

"Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri əsasən Amerika dəstəyindən asılı ölkələr kimi deyil, tərəfdaş kimi görmək istəyir.

"ABŞ-nin zəngin ölkələrin müdafiəsini subsidiyalaşdırdığı dövr başa çatdı. Bizə protektoratlar deyil, tərəfdaşlar lazımdır. Bizə asılılığa deyil, birgə məsuliyyətə əsaslanan ittifaqlar lazımdır", - o deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, bu yanaşma müttəfiq münasibətlərini gücləndirəcək və onları müasir çağırışlara uyğunlaşdıracaq.

"Bu konsepsiya müttəfiqlərimiz üçün möhkəm təməl yaradır və onların ötən yox, bu əsrin çağırışlarına hazır olmasını təmin edir", - o qeyd edib.

Oxşar xəbərlər

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir
Pentaqon rəhbəri: ABŞ-nin NATO üzrə müttəfiqləri Rusiyanı özləri çəkindirməlidir
Pit Heqset: NATO müttəfiqləri münaqişənin ən gərgin anında ABŞ-yə dəstək verməyib
Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb
NATO-nun 32 üzvü müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər