Heqset Ukrayna ilə bağlı bu sualdan yayındı
sizinxeber.az xəbər saytı

Heqset Ukrayna ilə bağlı bu sualdan yayındı


ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya “Patriot” raket əleyhinə müdafiə sistemlərinin tədarükünün artırılması ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

Sizinxeber.Az xəbər verir ki, Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə görüşündə Vladimir Zelenskinin son müraciətinə cavab olaraq raket tədarükünün artırılması ehtimalı ilə bağlı sualları cavablandırıb.

“Biz Ukraynaya bacardığımız qədər kömək etdik və Avropaya daha çox kömək etmək üçün əlimizdən gələni etdik. Avropanın öhdəliyi məni ruhlandırır. Ayrılan vəsaitin həcminə baxsanız, Avropa səylərini artırıb”, - deyə o qeyd edib.

Pentaqon rəhbəri bildirib ki, ABŞ Avropanın özünü müdafiə etməyi bacarmasını istəyir:

“Onlara bu işdə kömək edə biləcəyimizdən əmin olmaq üçün bir yol tapacağıq”.

Oxşar xəbərlər

Heqset: ABŞ Ukraynanın müdafiə olunması üçün yol tapacaq
ABŞ Yaxın Şərqdən qoşunlarını çıxarır? - Heqset
KİV: Pentaqon Kiyevə "Patriot" və "Stinger" raketlərinin tədarükünü dayandırıb
WSJ: ABŞ Ukraynaya vəd etdiyi raket qoruyucularını öz ehtiyaclarına yönləndirib
İran ordusunu məhv etdik - Heqset

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər