Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri və bütövlükdə cəmiyyət üçün zəhərli fiqura çevrilir.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin bunu “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.
O qeyd edib ki, Zelenski Rusiya ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb.
Putin bildirib ki, Rusiyada olan məlumata görə, Zelenskinin reytinqi Zalujnıdan iki dəfə aşağıdır:
"Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq. Zelenskinin seçkiləri qazanmaq şansı sıfıra bərabərdir".
Putin vurğulayıb ki,️ Rusiyanın Ukrayna dövlətçiliyinin qorunub saxlanmasına qarşı deyil, lakin bu ərazidən Rusiya üçün düşmən meydançası kimi istifadə edilməməlidir.
Rusiya Prezidenti hesab edir ki, Tramp Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir. Onun fikrincə, ABŞ Prezidentinin bu cəhdi Rusiyadan daha çox Ukraynanın özünə sərf edir.
Putin Avropanın Ukrayna üzrə danışıqlar prosesində iştirakının tələb olunduğunu da söyləyib.
Rusiya dövlət başçısı Trampla Ukrayna münaqişəsinin həllini hələ əsaslı şəkildə müzakirə etmədiyini bildirib.
Oxşar xəbərlər
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Zelenski seçkidə legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












