Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır
sizinxeber.az xəbər saytı

Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır


Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması ideyası yaxşı fikirdir.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.

“Əvvəlcə bütün bunları hesablamalıyıq. Bunlar Britaniya mərkəzinin hesablamalarıdır. Bu düzgün ola bilər, çox düzgün olmaya bilər və ya heç doğru olmaya bilər. Amma buna baxmaq lazımdır, bu birincisi. İkincisi. Çin Xalq Respublikasının buna münasibətini heç cür şərh edə bilmərəm. Strateji hücum silahları və digər çox ciddi məsələlərlə bağlı Amerika tərəfdən müxtəlif yanaşmalar var idi. Ona görə də, bu, Çin Xalq Respublikasının məsələsidir, lakin biz ABŞ ilə razılığa gələ bilərik. Biz bunun əleyhinə deyilik. Məncə, fikir yaxşı ideyadır. ABŞ 50%, biz də 50% ixtisar edərdik. Əgər Çin Xalq Respublikası da istəsə, o zaman qoşular. Hesab edirik ki, təklif yaxşıdır və bu məsələni müzakirə etməyə hazırıq”, - Rusiya Prezidenti qeyd edib.

Oxşar xəbərlər

Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Putin: ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti yoxdur
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Putin Rusiya-Ukrayna müharibəsinin bitməsinin mümkün tarixlərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle