Rusiya Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükünü müzakirə etmir
Rusiya Ukrayna qaz-nəqliyyat sistemindən istifadə etməklə Azərbaycan qazının Avropa İttifaqına svop tədarükü imkanlarını müzakirə etmir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bu məsələ müzakirə olunmur.
Qeyd edək ki, Ukraynanın “Qazprom”la tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənməsinə dair məlumat yayılıb.
Xatırladaq ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Daha sonra Reuters xəbər verib ki, Avropa Komissiyası Ukrayna ərazisi vasitəsilə Avropaya qaz nəqli ilə bağlı Kiyevlə danışıqları davam etdirəcək və bu prosesə Macarıstan və Slovakiyanı da cəlb etmək niyyətindədir. Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın sözlərinə görə, danışıqların predmeti qazın Azərbaycandan Aİ-yə tranziti ola bilər.
Oxşar xəbərlər
OMV Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Aİ-də enerji qiymətlərində artım müşahidə edilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
