Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Ukraynalılar Rusiya qazının tranzitini bağlamaqla Avropanı “cəzalandırırlar”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Leninqrad vilayətində Avrasiya İqtisadi İttifaqının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O, Ukrayna ərazisindən tranzitin dayandırıldığı üçün Avropada qazın qiymətinin artacağına əmin olduğunu söyləyib.
"Artıq yeni ilə bir neçə gün qalmış Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqavilə bağlamaq mümkün olmayacaq. Rusiya istənilən kontragentlə müqavilə əsasında Ukrayna ərazisindən qaz tədarük etməyə hazırdır. Lakin Kiyevin iddiası qarşısında bu mümkün deyil. Rusiya Polşa vasitəsilə Avropaya qaz tədarük etməyə hazırdır. Tək şey düyməni basmaqdır”, - deyə Putin vurğulayıb.
Oxşar xəbərlər
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













