OMV Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir
Avropanın qaz tədarükünə ehtiyacı var və Ukrayna ərazisindən Azərbaycandan mavi yanacağın tranziti perspektivini istisna edə bilməz.
“APA-Economics”in Xarici mediaya istinadən məlumatına görə, bunu Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern bildirib.
"Biz bütün enerji daşıyıcılarının, o cümlədən qazın tədarükünü artırmalıyıq. Biz heç nəyi istisna edə bilmərik. Mən gələcəkdə özümü heç vaxt bir təchizatçının ixtiyarına verməzdim. Qalanı siyasi sualdır", - OMV rəhbəri Azərbaycandan Ukrayna ərazisindən qaz tranzitini dəstəkləməsi ilə bağlı sualını belə cavablandırıb.
Xatırladaq ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur
Ukrayna ərazisindən Rusiya qazının tranziti ilə bağlı müqaviləni uzatmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













