Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb


Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçirib.

"Sizinxeber.az" xəbər verir ki, futbolçular Qənimətlər Parkının qarşısında azarkeşlərlə bir araya gəlib. Tədbirdə xeyli azarkeş iştirak edib, Avropa çempionları böyük coşqu və alqışlarla qarşılanıb.

Milli komandanın üzvləri azarkeşlərlə ünsiyyət qurub, onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdən sonra komanda üçün ayrılmış xüsusi avtobusla şəhər turu təşkil olunub. Marşrut boyunca paytaxt sakinləri və şəhər qonaqları milli komandanı salamlayaraq çempionluq münasibətilə təbriklərini çatdırıblar.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
"Kontraspor" yutub kanalında Azərbaycanın minifutbol millisinin uğurlarından bəhs olunub
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər