Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var
Rusiya ordusu Ukraynanın Xarkov, Xerson, Sumı, Dnepr və Zaporojye vilayətlərinə hücum edib, 7 nəfər həlak olub, 47 nəfər yaralanıb.
"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, son sutka ərzində Xarkov və vilayətin daha 15 yaşayış məntəqəsi zərbələrə məruz qalıb. Nəticədə səkkiz mülki şəxs xəsarət alıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin Rusiya qoşunlarının Xerson vilayətini atəşə tutduğunu, nəticədə 12 nəfərin yaralandığını bildirib.
Sumı vilayəti polisinin məlumatına görə, son sutka ərzində Rusiyanın zərbələri nəticəsində vilayətdə 5 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Dnepr Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanjanın sözlərinə görə, Rusiya qoşunları Dnepr vilayətinin beş rayonuna hücum edib. Dörd nəfər xəsarət alıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov qeyd edib ki, sutka ərzində Rusiya qoşunları 50 yaşayış məntəqəsinə təxminən 800 zərbə endirib. Nəticədə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Oxşar xəbərlər
Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
