Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Rusiya ordusu ötən gecə Ukraynanın Dnepropetrovsk, Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə üç nəfər həlak olub, 16 nəfər yaralanıb.
"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyalarının (VHA) rəhbərləri bildiriblər.
Dnepropetrovsk VHA-nın rəhbəri Aleksandr Qanja zərbələr nəticəsində üç nəfərin zərər çəkdiyini bildirib.
"Dneprdə inzibati bina və çoxmərtəbəli ev zədələnib. Üç nəfər zərər çəkib", - o, teleqram kanalında yazıb.
Bu arada, Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin Rusiya hücumları nəticəsində sutka ərzində bir nəfərin həlak olduğunu və 13 nəfərin zərər çəkdiyini bildirib.
Zaporojye Vilayət Hərbi Administrasiyanın rəhbəri İvan Fyodorov da Zaporojyeyə edilən hücum nəticəsində 2 nəfərin həlak olduğunu qeyd edib.
Oxşar xəbərlər
Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb
Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib: ölən və yaralananlar var
Rusiya Zaporojye və Xersona zərbələr endirib, yaralılar var
Rusiya Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib, ölən və yaralananlar var
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
