Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Rusiya Prezidenti Vladimir Putin bu səhər Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunu qısaca nəzərdən keçirdiyini bildirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Zelenskiyə “seçkiyə getməkdən qorxmamağı və hakimiyyəti qəsb etməməyi” tövsiyə edib.
Rusiya Prezidenti qeyd edib ki, Kiyev ABŞ-dan silah almaq istəyir, lakin Trampı qarant kimi istəmir.
Putin Trampa Zelenskinin davranışları üzərində “çalışdığına” görə təşəkkür edib, amma "hələ görüləsi işlərin” olduğunu vurğulayıb.
Putin bildirib ki, Zelenski bu yaxınlarda rusiyalı iş adamı vasitəsilə ondan görüş istəyib. O, Zelenski ilə görüşməkdən heç vaxt imtina etmədiyini, lakin boş yerə görüşə qarşı olduğunu qeyd edib.
Rusiya Prezidenti hesab edir ki, Kiyev ancaq Rusiya ordusunun irəliləməsinin qarşısını almaq üçün liderlərin görüşünü istəyir.
Putin diqqətə çatdırıb ki, Zelenskinin açıq məktubu “kobudluq elementləri” ilə yazılıb. O, bunun şəxsi görüşün mümkünlüyünü pozmaq cəhdi olduğuna əminliyini ifadə edib.
Putin hazırda Zelenski ilə görüşməkdə məna görmədiyini deyib.
Putin Zelenskinin açıq məktubuna cavab olaraq Rusiya hərbçilərinə “İşləyin, qardaşlar!” deyə xitab edib.
Oxşar xəbərlər
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Tramp: Düşünürəm ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar
Tramp Putin və Zelenski arasında görüşün mümkün olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
