Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün hər şeyi etməyə hazır olduğunu deyib.
APA-nın xəbərinə görə, Zelenski Putinlə mayın 15-də Ankarada və ya İstanbulda görüşməyə hazır olduğunu deyib.
Zelenski bildirib ki, Putin nə müharibənin bitməsini, nə atəşkəsin, nə də danışıqların aparılmasını istəmir.
Ukrayna Prezidenti deyib ki, o, Ərdoğanla Ankara görüşünü razılaşdırıb, lakin Putin Türkiyənin paytaxtına getməkdən imtina edib İstanbulu seçərsə, Zelenski və Ərdoğan ora gəlməyə hazırdır.
“Mən cümə axşamı Ankarada Ərdoğanla görüşəcəyəm və Putin orada olsa, İstanbula uçacağam”, - o qeyd edib.
"Biz Putinlə bu görüşün baş tutması üçün hər şeyi edəcəyik. Yalnız o, atəşkəslə bağlı qərar verə bilər", - Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin Trampa danışıqlara qoşulmağı təklif etdiyini bildirib.
Zelenski İstanbul danışıqlarının baş tutmayacağı təqdirdə ABŞ və Aİ-nin Rusiyaya qarşı güclü sanksiya paketlərini gözlədiyini əlavə edib.
Oxşar xəbərlər
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
Ərdoğan Zelenski ilə görüşüb
Zelenski: ABŞ və Avropa bizi yalnız qoymasa, Putinlə istənilən formatda danışıqlara hazıram
Zelenski Trampa cavab verib: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
