Tramp: Düşünürəm ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar
sizinxeber.az xəbər saytı

Tramp: Düşünürəm ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar


ABŞ Prezidenti Donald Tramp əmin olduğunu bildirib ki, həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həllinə razılaşacaqlar.

Sizinxeber.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ola bilsin ki, ilk görüş yaxşı keçəcək, amma daha önəmlisi ikinci görüş olacaq. Biz prezident Putin, prezident Zelenski, mən və bəlkə də bir neçə Avropa liderinin iştirakı ilə görüş keçirəcəyik. Bəlkə də yox, hələ dəqiq deyil”, – deyə Ağ Ev rəhbəeri vurğulayıb.

“Görək nə olacaq. Düşünürəm ki, prezident Putin sülhə imza atacaq. Hesab edirəm ki, prezident Zelenski də sülh imzalayacaq”, – o əlavə edib.

Oxşar xəbərlər

Tramp Putin və Zelenski arasında görüşün mümkün olduğunu bildirib
ABŞ, Rusiya və Ukrayna prezidentlərinin birgə görüşü planlaşdırılır
Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle