Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 25 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 25 %-ə yaxın artıb


2025-ci ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 8,139 milyon manat gəlir əldə edib.

"Report" xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 24,7 % çoxdur.

Ötənilki gəlirin hamısı dövlət büdcəsindən daxilolmalardır və əvvəli ilə nisbətən 28,6 % çoxdur. İl ərzində qurumun məzənnə fərqindən və sair əməliyyat gəlirləri isə 100 % azalıb.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə gəlirlər qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 5,789 milyon manat (illik müqayisədə 6,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,171 milyon manat (2,2 dəfə çox), digər xərcləri 1,179 milyon manat (2,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 11,330 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 7,4 % azalaraq 8,103 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.

MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Oxşar xəbərlər

Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
AAYDA ötən ilin maliyyə nəticələrini açıqlayıb
KOBİA-nın ötənilki gəlirləri və xərcləri eyni olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər