Rusiya Ermənistanı hədələdi
sizinxeber.az xəbər saytı

Rusiya Ermənistanı hədələdi


Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiya perspektivləri barədə müstəqil qərar qəbul etmək hüququ var. Ancaq İrəvanda onu da başa düşməlidirlər ki, bu, Rusiya ilə ticarətdə prinsipial olaraq fərqli tarif rejimi deməkdir.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Belə davam edərsə, Ermənistana münasibətdə iqtisadi siyasətimizi yenidən qiymətləndirməliyik. Ermənistanın harada olmağa qərar vermək hüququ var. Ancaq onlar da başa düşürlər ki, o zaman tarif rejimi fərqli olacaq, onda ölkələrimiz arasında malların sərbəst hərəkəti və rüsumsuz ticarət olmayacaq", - deyə baş nazirin müavini qeyd edib.

Overçuk əlavə edib ki, Ermənistan Avropa İttifaqına qoşulsa, hazırda Aİ və Rusiya səmasının bir-birinə bağlı olması hava nəqliyyatı sahəsində və transsərhəd yük daşımalarında ciddi problemlər yarada bilər: "Yəni Ermənistanın Rusiyadan aldığı enerji və ərzaq məhsulları üçün başqa qiymətlər olacaq. Ermənistan ən yaxın qonşusu İranla sərbəst ticarət zonasından da üstünlüklərini itirəcək".

Oxşar xəbərlər

Rusiya baş nazirinin müavini gələn həftə Ermənistana gedəcək
Overçuk: Ermənistan Aİ və Aİİ arasında seçim qarşısındadır
Rusiya Baş nazirinin müavini: Bəzi insanlar, yumşaq desək, erməni xalqını aldadırlar
Aleksey Overçuk: "Rusiya və Ermənistan arasında hesablaşmalarda rublun payı 96,3 %-ə çatıb"
Baş nazirin müavini: Rusiya hələ ötən il Ermənistanla biznes əməliyyatlarını azaltmağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər