Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2026
08:30
ff aaaaaaa

Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb

24 may, 2026
08:30
972

Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb

Filippinin Anheles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb.

"Report" xəbər verir ki, bu barədə "GMA News" televiziya kanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının başlandığını açıqlayıb. Dağıntılar altından təxminən 10 nəfər təkbaşına çıxa bilib.

Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayonun sözlərinə görə, dağıntılar altında təxminən 30-40 tikinti işçisi qalmış ola bilər.

"Hadisə qonşu binaya da təsir edib. 51 yaşlı Malayziya vətəndaşı olan bir turist dağıntılar altında qalıb və xilas edilib", - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul