Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib - FOTO
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə uşaqlar üçün xeyriyyə musiqi ustad dərsi keçirilib. Tədbir “Qüsursuz Nitq” Nitq və Psixologiya İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Alona Əliyeva iştirak edib.
Ustad dərsi çərçivəsində gənc iştirakçılar valehedici musiqi, səs və ritm dünyası ilə tanış olublar, müxtəlif musiqi alətlərinin xüsusiyyətləri haqqında məlumat əldə ediblər və yaradıcı və interaktiv məşğələlərə qatılıblar.
Tədbirdə çıxış edən “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev deyib ki, Heydər Əliyev Fondu, xüsusən də Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara dəstəyin göstərilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, həyata keçirilən layihələr bu vacib ənənəni davam etdirməyə, uşaqların inkişafı və yaradıcı potensiallarının üzə çıxarılması üçün əlverişli mühit yaratmağa yönəlib.
H.Quliyev dəstəyə ehtiyacı olan uşaqlara göstərdiyi daimi diqqət və qayğıya görə Leyla Əliyevaya minnətdarlığını bildirib, onun təşəbbüslərinin və dəstəyinin bu cür sosial layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sevda Rəhimovanın rəhbərliyi ilə keçirilən tədbirdə uşaqlar yeni biliklərin əldə edilməsi ilə yanaşı, həm də yaradıcı və ilhamverici bir atmosferdə vaxt keçirdilər.
Proqramda, həmçinin Rəşid Behbudov adına 2 nömrəli Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri də səsləndirilib.
Oxşar xəbərlər
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - FOTO
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
