Nepallı QHT rəhbəri Azərbaycana WUF13-də qonaqpərvərliyə görə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Nepallı QHT rəhbəri Azərbaycana WUF13-də qonaqpərvərliyə görə təşəkkür edib


"WUF13 çərçivəsində Azərbaycana, təşkilatçılara göstərdikləri sevgi, qayğı və səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk".

Sizinxeber.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Nepaldan LUMANTI Sığınacaq Dəstək Qrupunun və Asiya Mənzil Hüquqları Koalisiyasının icraçı direktoru Lajana Manandhar deyib.

“Biz yalnız tələblər irəli sürmürük, eyni zamanda bu tələblərin yerinə yetirilməsi və onların real həyata keçirilməsi üçün hökumətlər və digər təşkilatlarla əməkdaşlıq etməyə sadiq olduğumuzu bildiririk. Gəlin, bu inklüziv dialoqun ruhunu öz evlərimizə daşıyaq. Elə şəhərlər quraq ki, orada heç kim kənarda qalmasın və hər kəsin "ev" deyə biləcəyi bir yeri olsun”, - o bildirib.

Oxşar xəbərlər

Komitə sədri: WUF13 dayanıqlı inkişafa ortaq öhdəliyi əks etdirən bir platformaya çevrilib
Komitə sədri: WUF13 göstərdi ki, mənzil davamlı inkişafın əsasını təşkil edir
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək
Milli Koordinator: WUF13 bir daha göstərdi ki, mənzil davamlı inkişafın əsasıdır
Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər