Kreml: Moskva və Vaşinqton Ukraynada sülh istiqqmətində gərgin iş aparır
Ukrayna nizamlanması ilə bağlı kifayət qədər gərgin iş gedir.
APA-nın Moskva bürosu xəbər verir ki, bun Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, nizamlanma ilə bağlı müsbət nəticələr var: "Ukrayna nizamlanması üzrə razılaşmanın dəqiq konturları hələlik yoxdur, lakin onun istiqamətində hərəkət etmək üçün siyasi iradə var. Moskva və Vaşinqton sülh naminə çox çalışırlar. Əlbəttə, mahiyyət o qədər mürəkkəbdir ki, dərhal nəticə gözləmək mümkün deyil. Buna baxmayaraq, ən yaxşısına ümid etmək istərdim ki, bu iş müsbət nəticələr verəcək".
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq dünya üçün sabitləşdirici rol oynaya bilər: "Bu, göz qabağındadır".
Oxşar xəbərlər
Peskov: Moskva və Vaşinqton sülh naminə çox çalışırlar
Rəsmi Moskva: Hazırda Moskva, Vaşinqton və Kiyevin təmaslarının təşkilində irəliləyiş yoxdur
Kreml Putinin Trampı təbrik etmək planlarından xəbərsizdir
Kreml: Moskva və Vaşinqton arasında nadir torpaq metallarına dair heç bir sənəd imzalanmayıb
Kreml: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













