Uruqvaylı nazir: "Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır"
Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır.
"Report" xəbər verir ki, bunu Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Uruqvayda qazandığımız ən vacib dərsi qeyd etməli olsaydım, bu, mənzil tikməyin həm də yaşayış mühiti (habitat) yaratmaq mənasına gəlməsidir. Bunlar iki fərqli şey deyil, biri digərindən əvvəl gəlmir. Və bu, icmalara, insanların sahib olduğu imkanlara fərqli bir şəkildə təsir etməkdən xəbər verir, elə deyilmi? Biz kağız üzərində mənzil qıtlığını aradan qaldırmağa kömək edirik, lakin ərazidə yox. Və bununla biz seqreqasiya (ayrı-seçkilik), təcrid olunma və qopuqluq yaratmış oluruq. Buna görə də Uruqvayda biz bu vizyona baxışa nail olmaq üçün üç ölçü üzərində işləyirik: Birincisi, torpağın və onun yerləşdiyi yerin daşıdığı önəm; Dövlət-özəl tərəfdaşlığı ilə maliyyələşmə; Və dövlət siyasətindən irəli gələn institusional potensial. Bu üç komponent bir xətt üzrə uyğunlaşdıqda, biz əlçatan və nail olmaq istədiyimiz o mənzili təmin edə bilirik, elə deyilmi?", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
Tamara Paseyro Marin: "Mənzil maliyyələşməsi ölkədaxili mənbələrə söykənməlidir"
UN-Habitat: Ölkələr milli mənzil siyasətlərini yeniləməlidir
Uruqvaylı nazir: "Layihələrin uğuru dövlət qurumları arasında koordinasiyadan asılıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
