Bakı–Tbilisi qatarlarında restoran, multimedia və duş kabinələri olacaq
sizinxeber.az xəbər saytı

Bakı–Tbilisi qatarlarında restoran, multimedia və duş kabinələri olacaq


Bakı–Tbilisi–Bakı marşrutu üzrə fəaliyyətə başlayacaq yeni qatarlarda sərnişinlərə “Lüks”, “Komfort Plus” və “Komfort” olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin reyslər altı vaqondan ibarət olacaq: "Bunlardan biri vaqon-restoran, üçü “Komfort”, digərləri isə “Lüks” və “Komfort Plus” vaqonlarıdır. Qatarların ümumi sərnişin tutumu 118 nəfər təşkil edəcək"-deyə o qeyd edib.

Bəxtiyar Hacıyev vurğulayıb ki, qidalanma bilet qiymətinə daxil deyil: "Lakin hər bir sərnişin özü ilə qida gətirib öz kupesində yeyə bilər. Əlavə olaraq, sərnişinlər qatar daxilindəki restoran-vaqonda da əlavə ödənişlə qida sifariş edib yeyə bilərlər. Bilet qiymətlərinə sərnişinlər üçün siniflər üzrə xüsusi səfər paketləri daxildir. Paketlərə gigiyenik vasitələr, quru və nəm salfetlər, şampun, duş geli və digər zəruri ləvazimatlar daxildir. Bundan əlavə, qatarlarda televizorlar, multimedia xidmətləri, sanitar qovşaqlar quraşdırılıb “Lüks” kupelərdə isə hər kupenin ayrıca sanitar qovşağı və duş kabinəsi mövcuddur. Həmçinin qatarlar Wi-Fi sistemi ilə də təchiz olunub və sərnişinlər səfər zamanı internetdən istifadə edə biləcəklər." -deyə o qeyd edib.

ADY rəsmisi onu da qeyd edib ki, ilk qatar mayın 25-də saat 23:10-da Bakıdan yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar hər gün saat 21:00-da Tbilisidən çıxaraq saat 06:24-də Bakıya gələcək.

Oxşar xəbərlər

Bakı–Tbilisi qatarının sərnişin tutumu 118 nəfərdir - FOTO
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
Departament rəisi: Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarla illik 100 min sərnişinin daşınması gözlənilir
COP29 zamanı qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli olacaq
Bakı-Tiflis qatarlarında belə vaqonlar olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər