Meksika xəstəliklə əlaqədar Braziliyadan quş əti idxalını dayandırıb
sizinxeber.az xəbər saytı

Meksika xəstəliklə əlaqədar Braziliyadan quş əti idxalını dayandırıb


Meksika Braziliyada yüksək patogenli quş qripinin (H5N1 ştammı) təsdiqlənmiş epidemiyası səbəbindən bu ölkədən quş əti məhsullarının idxalını müvəqqəti dayandırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

"Meksika Braziliyadan gələn toyuq əti, inkubasiya yumurtaları və diri quşların, eləcə də digər quşçuluq məhsullarının idxalını müvəqqəti olaraq dayandırır", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

İdxalın məhdudlaşdırılması qərarı quşçuluq sənayesini qorumaq və virusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Bundan əvvəl Çin Braziliyadan toyuq idxalına 60 günlük qadağa qoyub.

Xəstəlik mayın 15-də Rio-Qrande-du-Sul əyalətindəki quşçuluq fermasında aşkar edilib və bu, Braziliyanın ticarət sektorunda ilk yoluxma hadisəsi olub.

Oxşar xəbərlər

Azərbaycana Litvadan quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
Bəzi ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub
Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər