Futzal üzrə Yüksək Liqada çempionluq matçına hakim təyinatları açıqlanıb
Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.
"Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FIFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.
Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.
Xatırladaq ki, oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. "Neftçi" hazırda 52 xalla liderdir. İkinci sıradakı "Araz-Naxçıvan"ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.
Oxşar xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın iki oyununa təyinatlar açıqlanıb
Futzal üzrə Azərbaycan Yüksək Liqası: Gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib
"Neftçi" İK-nın baş məşqçisi: "Çempionluq üçün “Araz-Naxçıvan”ı daha çox top fərqi ilə məğlub etməliyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
