sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Roma" Doniell Malenin transfer hüquqlarını rəsmi olaraq əldə edib
İtaliyanın "Roma" klubu "Aston Villa"dan (İngiltərə) icarəyə götürdüyü hücumçu Doniell Malenin transfer hüquqlarına sahib çıxıb.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, Roma təmsilçisi 27 yaşlı niderlandlı futbolçu üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək.
Klub avrokuboklara vəsiqə qazandığı üçün müqavilədəki satınalma bəndi avtomatik aktivləşib. Bu ilin yanvarında komandaya qoşulan D.Malen İtaliya A Seriyasında keçirdiyi 16 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Roma" 36 turdan sonra turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Niderland millisinin üzvü əvvəllər "Borussiya" (Dortmund) və PSV klublarının da formasını geyinib.
Oxşar xəbərlər
Premyer Liqa təmsilçisi Niderland millisinin üzvünü transfer edib
"Roma" Niderland klubundan futbolçu transfer edib
"Roma" Mats Hummelsi transfer edib
"Roma"nın baş məşqçisi A Seriyasında ilkə imza atıb
İtaliya çempionu İspaniya klubunun futbolçusunu transfer edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
