Bakı-Tiflis qatarlarında belə vaqonlar olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2026
20:01
0
0
1 074
ff aaaaaaa

Bakı-Tiflis qatarlarında belə vaqonlar olmayacaq

20 may, 2026
20:01
1 074

Bakı-Tiflis qatarlarında belə vaqonlar olmayacaq

Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlarda açıq tipli (plaskart) vaqonlar olmayacaq.

Bu barədə Sizinxeber.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edək ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq. Gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tiflisə minimum gediş haqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.

Digər siniflər üzrə qiymətlər də tezliklə açıqlanacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul