ABŞ-də mer miqrantların saxlanma mərkəzində etiraz aksiyası zamanı saxlanılıb
sizinxeber.az xəbər saytı

ABŞ-də mer miqrantların saxlanma mərkəzində etiraz aksiyası zamanı saxlanılıb


Amerikanın Nyuark (Nyu Cersi) şəhərinin meri Ras Baraka qeyri-qanuni mühacirlərin müvəqqəti saxlanma mərkəzini tərk etməkdən imtina etdiyi üçün saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın müşaviri Alina Habba X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nyuark meri Ras Baraka qeyri-qanuni olaraq içəri daxil olub və Milli Təhlükəsizlik Təhqiqatlarının Nyuark İmmiqrasiya Təcridxanasını tərk etmək barədə çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb. O, nəzarətə götürülüb”, - paylaşımda deyilir.

CNBC-nin verdiyi məlumata görə, demokrat Barak prezident Donald Trampın Respublikaçılar administrasiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün gördüyü tədbirləri dəstəkləmir.

O, həmçinin Nyuarkda 1000 nəfər üçün nəzərdə tutulmuş qeyri-qanuni mühacirlərin saxlanması mərkəzinin açılmasına qarşı çıxıb. Cümə günü o, üç konqresmenlə mərkəzə baş çəkməyi və etiraz aksiyası keçirməyi planlaşdırsa da, saxlanılıb.

Oxşar xəbərlər

Çikaqoda qeyri-qanuni mühacirlərə qarşı reydlər keçirilib
Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib
Trampın 1 milyon qeyri-qanuni miqrantı ABŞ-dan deportasiya etməyi planlaşdırır
İsveç qeyri-qanuni miqrantlara qarşı mübarizəni gücləndirir
Gürcüstan DİN: Qeyri-qanuni miqrantların deportasiyası halları xeyli artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər