"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
13:00
0
0
1 141
ff aaaaaaa

"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək

27 may, 2026
13:00
1 141

"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 30-da, saat 11:00-da "Kristal Bakı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq investisiya şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 11, mənzil 2 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Hermes Finance"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, fəaliyyəti yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul