Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
sizinxeber.az xəbər saytı

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

APA xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib.

Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildə də Yayım Şurasının üzvlərinin səsverməsi nəticəsində İTV-nin baş direktoru seçilmişdi.

Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Oxşar xəbərlər

Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşıb, 11 iddiaçı var - SİYAHI
 "Səhiyyə TV"nin adı dəyişdirilib
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər