Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
Hindistan təcavüzkar hərəkətləri ilə regionda sülh və sabitliyi təhdid edib və buna görə cavab verməlidir.
“Sizinxeber.az”un Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu qurumun rəhbəri İshaq Dar xarici ölkə səfirləri üçün keçirdiyi brifinqdə deyib.
Məlumata görə, nazir İslamabaddakı səfirlərə 2025-ci il mayın 6-dan 7-nə keçən gecə Hindistanın Pakistan və Azad Cammu və Kəşmirə endirdiyi zərbələr barədə məlumat verib.
“XİN başçısı Pakistanın suverenliyini pozmaqla yanaşı, həm də regional sülh və sabitliyə təhlükə yaradan Hindistan təcavüzünü qətiyyətlə pisləyib. O, Hindistanın hərəkətlərinin BMT Nizamnaməsini, beynəlxalq hüququ və dövlətlərarası münasibətləri tənzimləyən normaları kobud şəkildə pozduğunu vurğulayıb”, - press-relizdə deyilir.
Nazir Hindistan qüvvələrinin terrorçuların istifadə etdiyi infrastruktura zərbələr endirməsi ilə bağlı Yeni Dehlinin iddialarını rədd edib və Pakistanın Pahalqam hadisəsində iştirakına dair heç bir tutarlı dəlilin olmadığını söyləyib.
Dar qeyd edib ki, Hindistan rəhbərliyi terror olayından növbəti dəfə özünü qurban göstərmək üçün istifadə edib. O, Narendra Modi hökumətinin gərginliyin azaldılması və təmkinli davranışla bağlı çağırışlara məhəl qoymadığını söyləyib və beynəlxalq ictimaiyyəti Hindistanı məsuliyyətsiz və ehtiyatsız davranışına görə məsuliyyətə cəlb etməyə çağırıb.
Oxşar xəbərlər
KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib
Malayziya Yeni Dehli-İslamabad gərginliyi fonunda Pakistanı dəstəkləyib
KİV: Pakistanın cavabından şoka düşən Hindistan vasitəçilərlə gərginliyi azaltmağa çağırıb
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində ağ bayraq qaldırıb - FOTO
Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
