KİV: Pakistanın cavabından şoka düşən Hindistan vasitəçilərlə gərginliyi azaltmağa çağırıb
Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib.
Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.
Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.
Oxşar xəbərlər
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı: Tehran Hindistan və Pakistan arasında gərginliyi azaltmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Hindistan və Pakistan liderlərini qarşıdurmadan çəkinməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb - BƏYANAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Hindistan və Pakistanı təmkinli olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












