Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
"Sizinxeber.az"un "Pakistan Daily" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.
Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.
General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib.
Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb.
“Sizinxeber.az” “Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb.
Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb.
"Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq".
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.
Oxşar xəbərlər
Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Hindistana cavab zərbələri endirib, hədəflər vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan ordusu Hindistanın üçüncü qırıcısını vurub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












