Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb
Rusiya Hindistan və Pakistan arasında gərginliyin artması ilə əlaqədar hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırır.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bazar ertəsi Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüşlər keçirib.
Camali ilə görüşdə tərəflər Rusiya-Pakistan əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədar İslamabad və Yeni Dehli arasında gərginliyin artması məsələsini müzakirə ediblər.
“Rusiya hər iki tərəfi təmkinli olmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə yönəlmiş konstruktiv dialoqa çağırıb”, - məlumatda bildirilir.
Öz növbəsində, Hindistan səfiri ilə görüş zamanı Rudenko cari ikitərəfli məsələləri və qarşıdan gələn siyasi təmasların qrafikini, həmçinin Cənubi Asiya regionunda ümumi vəziyyəti, o cümlədən terror aktı ilə əlaqədar Yeni Dehli və İslamabad arasında gərginliyin artmasını müzakirə edib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Pahalqam şəhərində turistlərin cəmləşdiyi yerdə terror aktı baş verib. Bir qrup silahlı şəxs insanları atəşə tutub. Son məlumatlara görə, hücum nəticəsində 26 nəfər ölüb.
Hücumdan sonra Hindistan və Pakistan bir-birinə qarşı hava məkanını bağlamaq və vizaları ləğv etmək kimi bir sıra tədbirlər görüb və bu da iki ölkə arasında gərginliyin artmasına səbəb olub.
Oxşar xəbərlər
Rusiya Hindistan və Pakistanı təmkinli olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Bütün mübahisəli məsələlər yalnız sülh yolu ilə həll edilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN başçısının müavini və İran səfiri yüksək səviyyəli gələcək təmasları müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Hindistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












