ABŞ Dövlət Departamenti Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına münasibət bildirib
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına münasibət bildirib


ABŞ Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakından narahatdır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə bildirib.

Onun sözlərinə görə, şimali koreyalı hərbçilərin döyüş əməliyyatlarında iştirakı böhranın sülh yolu ilə həllinə “kömək etmir”. O qeyd edib ki, Şimali Koreya da daxil olmaqla üçüncü ölkələr “Rusiya və Ukrayna arasında münaqişənin davam etməsinə kömək edir və bunun məsuliyyətini daşıyırlar”.

“Şimali Koreya hərbçilərinin Rusiya ərazisinə göndərilməsi, eləcə də Rusiyanın cavab tədbiri olaraq Şimali Koreyaya göstərdiyi hər hansı dəstək dayandırılmalıdır”, – Brüs deyib.

Oxşar xəbərlər

Şimali Koreya hərbçilərinin Rusiya-Ukrayna münaqişəsində iştirakı müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya Şimali Koreyanın Cənubi Koreya ilə müharibəsində kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gerasimov Şimali Koreya hərbçilərinin Kursk vilayətində Ukraynaya qarşı döyüşdüklərini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya kəşfiyyatı Rusiya-Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər