Hindistanda terror aktında ölən 26 nəfərin adları açıqlanıb
Cammu və Kəşmirin Hindistana aid ərazisində çərşənbə axşamı baş verən terror aktı nəticəsində həlak olan 26 nəfərin adlarının siyahısı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.
Ölənlərin hamısının kişi olduğu bildirilir. Onların əksəriyyəti ölkənin müxtəlif bölgələrindən gələn turistlərdir. Daha əvvəl məlum olub ki, onların arasında ən azı iki əcnəbi var - BƏƏ və Nepal vətəndaşları.
ANI-nin məlumatına görə, Hindistanın təhlükəsizlik qüvvələri terrorçuların axtarışlarını davam etdirir. Ərazi mühasirəyə alınıb, polis və hərbçilər daxil olan və çıxan bütün avtomaşınları yoxlayır.
Terror aktı səbəbindən Səudiyyə Ərəbistanına səfərini yarımçıq qoyan Hindistanın Baş naziri Narendra Modi səhər saatlarında Yeni Dehliyə çatan kimi bir sıra nazirlər və digər orqanların nümayəndələri ilə təcili iclas keçirib. Cammu və Kəşmirdə olan Hindistanın daxili işlər naziri Amit Şahın bu gün terror aktının yerinə baş çəkəcəyi gözlənilir.
Regiondakı bir çox turist Cammu və Kəşmiri tələsik tərk edir. Yerli sakinlər bu cür hücumlara qarşı kütləvi etiraz aksiyası keçirmək qərarına gəliblər - gün ərzində bir çox müəssisələr bağlanacaq.
Atışma çərşənbə axşamı günorta Hindistanda “kiçik İsveçrə” kimi tanınan məşhur turizm məkanı Pahalqamda baş verib. Baysaran vadisində xaki geyimli silahlı şəxslər turistlərə atəş açıb.
Oxşar xəbərlər
Hindistanda atışma nəticəsində 25 turist ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada terror aktında həlak olanların bir qisminin adları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden terror aktı baş verən Yeni Orleana gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Hindistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












