sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hindistanda atışma nəticəsində 25 turist ölüb
Hindistanın şimalındakı Cammu və Kəşmirdə baş verən atışma nəticəsində ən azı 25 turist həlak olub, 20-yə yaxın turist isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “The Print” portalı məlumat yayıb.
Hakimiyyət orqanları ölən və yaralananların sayını hələ açıqlamayıb.
"Bu hücum son illərdə mülki şəxslərə qarşı yönəldilmiş hücumlardan olduqca böyükdür", - regionun rəhbəri Ömər Abdulla bildirib.
Hadisə bölgəyə gələn qonaqlar arasında məşhur olan Pahalqamda baş verib. Naməlum silahlı şəxslər Baysaran vadisində turistlərə atəş açıblar. İnsidentin təfərrüatları araşdırılır. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.
Oxşar xəbərlər
Banqkokda hoteldə yanğın baş verib, üç turist ölüb
Hindistanda izdihamda azı 40 nəfər ölüb
Hindistanda israili turistə və yerli qadına təcavüz edilib
Hindistanda israilli turistə və yerli qadına təcavüz edilib
ABŞ-də məktəbdə atışma olub, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













