Ukrayna HHM sistemlərinin istehsalı üçün Qərbdən lisenziyalar alacaq
Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşları ilə hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziyaların alınması ilə bağlı razılığa gəldiyini bildirib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, o, bu barədə brifinqdə bildirib.
Onun sözlərinə görə, razılıq Paris sammitində əldə edilib: “Biz artilleriyanın müəyyən növlərinin istehsalı üçün də lisenziyalar üzərində işləyəcəyik”.
“Forbes” jurnalının daha əvvəl xəbər verdiyi kimi, Ukrayna Silahlı Qüvvələri müttəfiqləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Zelenski arasında Ağ Evdə keçirilən qalmaqallı görüş fonunda Amerika istehsalı olan hava hücumundan müdafiə silahlarının dəyişdirilməsi yollarını axtarmağa başlayıb.
Martın 28-də Zelenski raket proqramı, yəni istehsalın maksimum sürətləndirilməsi məsələsini müzakirə edən iclas keçirib:
“Biz Ukraynanın zenit-raket kompleksləri və bütün lazımi hava hücumundan müdafiə sistemləri üçün öz istehsal müəssisələrini qurmasını təmin etməyə çalışırıq. Bu yaxınlarda Avropada görüşlər zamanı, daha əvvəl isə digər tərəfdaşlarla danışıqlarda Ukraynada istehsalın lokallaşdırılmasından danışdıq”.
Oxşar xəbərlər
Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb
Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə edib
Zelenski: Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır
Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
