İspaniya XİN başçısı: Aİ vahid bazarın maraqlarını qorumağa hazırdır
İspaniyanın xarici işlər naziri (XİN) Xose Manuel Albares əmin edib ki, Avropa İttifaqı vahid bazarın maraqlarını qorumağa hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə bildirib.
Diplomat bu bəyanatı Vaşinqtonun ABŞ-yə bütün polad və alüminium tədarükünə 25 % gömrük rüsumu tətbiq etmək niyyəti fonunda verib. "Avropa İttifaqı hər hansı gözlənilməz vəziyyətə, Aİ-nin və vahid bazarın maraqlarını qorumağa hazırdır", - o bildirib.
XİN başçısının sözlərinə görə, hazırda sadəcə bəyanat olan bir şeyi şərh etmək çətindir.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl fevralın 10-da ABŞ-yə bütün polad və alüminium tədarükünə 25 % gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu bildirib. Bundan əvvəl o, həmçinin Avropa İttifaqından olan mallara 10 % gömrük rüsumunun tətbiqi imkanını nəzərdən keçirəcəyini vəd edib.
Tramp Kanada, Çin və Meksikadan olan mallara tariflər tətbiq edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25 % (Kanada enerji resurslarına 10 %) tarif, Çindən olan mallara əlavə 10 % tarif tətbiq edilir. Tramp bu ölkələrin rəhbərliyi ilə danışıqlardan sonra Kanada və Meksika idxalına qarşı tariflərin tətbiqini bir ay müddətinə dayandırıb. Fevralın 4-də ABŞ-nin Çin idxalına qarşı gömrük rüsumları qüvvəyə minib.
Oxşar xəbərlər
Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Avropa İttifaqı ölkələrini hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyasının sədri ABŞ-nin vitse-prezidenti ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












