Avropa Komissiyasının sədri ABŞ-nin vitse-prezidenti ilə görüşəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen fevralın 11-də Parisdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə görüşəcək.
“Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Stefan Keermaker məlumat verib.
Bu, AK sədrinin ABŞ Prezidenti Donald Tramp administrasiyasından olan yüksək vəzifəli amerikalı siyasətçi ilə ilk görüşüdür.
Daha əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, Avropa Komissiyası fon der Lyayenin Trampla görüşünü hələ onun andiçmə mərasimindən əvvəl təşkil etməyə çalışıb. O, prezidentin andiçmə mərasiminə dəvət edilməyib. Ötən gün AK sədri "artan qeyri-müəyyənlik şəraitində" ABŞ ilə konstruktiv dialoqa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Tramp polad və alüminium idxalına 25 % gömrük rüsumunun tətbiq ediləcəyini elan edib. Aİ-yə sədrlik edən Polşanın Baş naziri Donald Tusk ilə görüşün yekununda fon der Lyayen bildirib ki, AK qəti cavab tədbirlərinə hazırdır.
Oxşar xəbərlər
Ursula fon der Lyayen Trampın andiçmə mərasimində iştirak etməyəcək
Fon der Lyayen Aİ – ABŞ münasibətlərində “qeyri-müəyyənliyin artdığını” açıqlayıb
Ursula fon der Lyayen: Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək
Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edilib
Ərdoğan Avropa Komissiyasının sədri ilə Suriyaya humanitar yardımın tədarükünü müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
