Tramp ABŞ-yə polad və alüminium idxalına 25 % rüsum tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bəyan edib ki, fevralın 10-dan ABŞ-yə polad və alüminium tədarükünə 25 % rüsum tətbiq etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat qrupu məlumat verib.
Bildirilib ki, “polad və alüminiumla bağlı rüsumlar bazar ertəsindən başlayacaq, hər kateqoriya üzrə 25 % təşkil edəcək”.
Bundan başqa, mətbuat qrupunun məlumatına görə, Tramp fevralın 11-dən digər ölkələrə qarşı "qarşılıqlı rüsumlar" tətbiq etmək niyyətində olduğunu bildirib. Bu barədə əlavə təfərrüatlar verilmir. Amerika lideri Luiziana ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Tramp yanvarın 31-də Ağ evdə bəyan edib ki, ABŞ ölkəyə çiplərin və onlarla əlaqəli məhsulların, həmçinin neft, qaz, polad, alüminium və mis tədarükünə rüsumlar tətbiq etmək niyyətindədir. Amerika lideri o zaman planlaşdırılan tədbirlərin hansı ölkələrin məhsullarına şamil ediləcəyini dəqiqləşdirməyib.
Oxşar xəbərlər
Tramp Avropa İttifaqı ölkələrini hədələyib
Avropa İttifaqı ABŞ-nin təhdidlərini cavabsız qoymayacaq
ABŞ fevralın 4-dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək
Kanada gömrük rüsumlarının tətbiqi ehtimalına görə ABŞ-yə polad tədarükünü artırır
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













