Uqandada Ebola virusu əleyhinə peyvəndin sınaqlarına başlanılacaq
Uqanda hakimiyyəti Ebola virusu əleyhinə peyvəndi sınaqdan keçirməyə başlayır.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Uqanda Virusologiya Tədqiqat İnstitutunun icraçı direktoru Pontiano Kalibu deyib.
Onun sözlərinə görə, 2 min dozaya qədər peyvəndin tətbiq edilməsi planlaşdırılır. Bununla belə, vaksin eksperimental xarakter daşıyır və lisenziyaya malik deyil.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı effektivliyini qiymətləndirmək üçün Uqandaya 2,1 min dozadan çox Ebola vaksini göndərib. Təşkilat bildirib ki, sınağın məqsədi potensial təsirli peyvənd namizədini qiymətləndirmək və əgər effektiv olarsa, potensial olaraq mövcud epidemiyaya son qoymağa və gələcəkdə risk altında olan əhalini qorumağa kömək etməkdir.
Xəstə insanlarla təmasda olan və yüksək risk qrupunda olan insanların peyvəndin sınaqlarına qatılmasına icazə veriləcək.
Son iki onillikdə Afrikada iki Ebola epidemiyası baş verib, Liberiya və qonşu ölkələrdə 11 000-dən çox insan, Konqo və Uqandada isə təxminən 2 300 nəfər ölüb. Bu epidemiyalar dünyanın bütün həkimlərini virusa diqqət yetirməyə və təcili olaraq xəstəliyə qarşı peyvənd, dərmanlar hazırlamağa başlamağa məcbur edib.
Oxşar xəbərlər
ÜST Afrikada epidemiya ilə mübarizə üçün peyvənd təsdiqləyib
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil
ÜST yeni qlobal epidemiya riski barədə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
