İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib


Hər hansı bir təhdidə sərt cavab veriləcək.

Sizinxeber.az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahi ölkənin sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin yaxınlaşması ilə bağlı müraciətində deyib.

O, ABŞ və İsraili yanlış hesablamalardan çəkinməyə çağıraraq, İran ərazisinə yönələcək istənilən təhdid və ya təcavüzə görə ordunun sərt cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

Oxşar xəbərlər

Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər