Şahin Bağırov hibrid və elektrik avtomobillərinin idxalında yeni imtiyazların tətbiqi məsələsini şərh edib
sizinxeber.az xəbər saytı

Şahin Bağırov hibrid və elektrik avtomobillərinin idxalında yeni imtiyazların tətbiqi məsələsini şərh edib


Azərbaycanda hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsində formalaşan meyllərin qiymətləndirilməsi bu ilin sonunda aparılacaq.

Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda hibrid və elektrik avtomobillərinin idxalında azalma müşahidə olunsa da, bu tendensiyanın davamlı olub-olmayacağını indidən söyləmək mümkün deyil: "2025-ci ildə Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal edilib. Həmin dövrdə istehsal tarixi 3 ili keçməyən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən az olan avtomobillərə müəyyən güzəştlər tətbiq olunurdu. Ötən il ölkəyə təxminən 2 min elektrik avtomobili gətirilib. Cari ilin ilk beş ayında isə onların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb. Bunun əsas səbəbi güzəştlərin başa çatmasıdır. Eyni zamanda, ötən il vətəndaşlar güzəşt müddətindən istifadə edərək ehtiyacları çərçivəsində kifayət qədər avtomobil idxal etmişdilər".

Ş.Bağırov qeyd edib ki, avtomobillərin sayının təxminən iki dəfə azalmasına baxmayaraq, cari ilin ilk beş ayında bu kateqoriya üzrə 12 milyon manatdan çox gömrük ödənişi toplanıb: "Növbəti mərhələdə idxal yenidən arta bilər. Lakin hazırda bu avtomobillərin idxalının hansı dinamika ilə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil".

Yeni imtiyazların tətbiqi məsələsinə aydınlıq gətirən DGK sədri qeyd edib ki, "ilin sonunda bu məsələyə yenidən baxaraq daha aydın mənzərəni ortaya qoyacağıq".

Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Elektrik və hibrid avtomobillərinin kreditləşməsi 8 dəfə artıb
Gələn ay bu avtomobillər kəskin bahalaşacaq
Azərbaycanda ötən il elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
ABŞ-yə Çin minik avtomobillərinin idxalı rekord həddə çatıb
Azərbaycanda avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər