BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş kitabların təqdimatı keçirilib
Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisəsinin nəşr etdiyi "Birinci Türkoloji Qurultayın dərsləri" və Türk Akademiyasının çap etdirdiyi "100 ilin ardından Bakı Türkoloji Qurultayı", eləcə də "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında" kitablarının təqdimatı olub.
"Report"un məlumatına görə, BDU-nun rektoru Elçin Babayev bildirib ki, "Birinci Türkoloji Qurultayın dərsləri" kitabını universitetin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb.
Diqqətə çatdırılıb ki, kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib. Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti filologiya və tarix, şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev BDU ilə sıx əlaqələrin olduğunu deyib:
"Türk dünyasının intellektual, mədəni mirasının tanıdılması və təbliği üçün müxtəlif layihələr həyata keçirir, kitablar nəşr etdiririk. Birinci Türkoloji Qurultayda iştirak edənlərin demək olar hamısı sonradan repressiyalara məruz qaldı, amma bu miras bu gün də davam edir. Həm türkologiya elminin inkişafında, həm də milli kimlik məsələsində bu mirasın çox böyük rolu var".
"Birinci Türkoloji Qurultayın dərsləri" kitabının müəllifi Nizami Cəfərov Birinci Türkoloji Qurultayın elmi-mədəni hadisə olmaqla yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunduğunu qeyd edib:
"Türk xalqlarının elmi-mədəni irsi birlikdə və ayrı-ayrılıqda öyrənilməli, Birinci Türkoloji Qurultayın keçirildiyi ötən əsrin 20-ci illəri tarixçilər tərəfindən dərindən araşdırılmalıdır. Əlifba, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri – bunlar hamısı Birinci Türkoloji Qurultayın dərsləridir. Bu mövzuda kitabın hazırlanması çox məsuliyyətli işdir. BDU-nun bütün heyəti kitabın hazırlanmasında iştirak edib. Əminik ki, bu sahədə yazılan kitablar, aparılan araşdırmalar türkologiyanı daha da zənginləşdirəcək".
Digər çıxışçılar da öz növbəsində Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq yaddaşının qorunmasında rolunu vurğulayıblar.
Həmçinin qeyd olunub ki, Türk Akademiyasının çap etdirdiyi "100 ilin ardından Bakı Türkoloji Qurultayı" və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında" kitabları tədqiqatçılara və oxuculara Birinci Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini arxiv sənədləri, protokolları və rəsmi məruzələri əsasında dərindən anlamağa imkan verir.
Sonda BDU-nun bir qrup əməkdaşına Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub.
Nişanları mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib.
Oxşar xəbərlər
BDU-da "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Bir qrup alim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib
Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi beynəlxalq konfransda müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
