Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
sizinxeber.az xəbər saytı

Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub


Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərov vəsatətlər verib.

Digər vəsatət isə saxlanılan zaman yanında olanların şahid kimi dindirilməsi və ətrafdakı kameraların görüntülərinin iş materiallarına əlavə edilməsi ilə bağlı olub.

Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərli ittiham aktını elan edib.

İttihama görə, Günel Əfəndiyeva Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində sosial işçi vəzifəsindən azad edildikdən sonra Namizəd Səfərovla tanış olub.

N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, zərərçəkən kimi tanınan şəxsə vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Namizəd Səfərov elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənilməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı iyulun 30-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Namizəd Səfərovun məhkəməsi başlayıb
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Rüfət Səfərova hökm oxunub
"Abzas Media" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində ittiham aktı elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər