Manə Mollayeva millidə futbolçu və məşqçilik fəaliyyətini paralel davam etdirəcək
sizinxeber.az xəbər saytı

Manə Mollayeva millidə futbolçu və məşqçilik fəaliyyətini paralel davam etdirəcək


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Manə Mollayeva U-15 yığmasına köməkçi məşqçi təyin olunmasını inkişaf üçün önəmli addım hesab edir.

Futbolçu bunu "Report"a açıqlamasında deyib.

O, təcrübəsini yeniyetmələrlə paylaşmaq istədiyini bildirib:

"Mən bunu öz inkişafım üçün çox önəmli addım hesab edirəm. Futbolçu kimi öyrəndiklərimi yeniyetmələrlə paylaşmaq istəyirəm. İnanıram ki, həm mən onlara faydalı olacağam, həm də məşqçi kimi özümü inkişaf etdirəcəyəm. Futbolçu olmağım məşqçilikdə mənə daha çox kömək edəcək. Hələ də peşəkar şəkildə oynayıram və özümü buna hazır hiss edirəm. Bu iki işi paralel şəkildə davam etdirməyi planlaşdırıram".

M.Mollayeva Azərbaycanda qadın futbolunun inkişaf etdiyini vurğulayıb:

"Son illərdə qadın futbolunda müsbət inkişaf görünür. Bu sahədə AFFA-nın dəstəyi və gördüyü işlər artıq bəhrə verir. Hesab edirəm ki, görüləcək işlər hələ çoxdur. Xüsusilə aşağı yaş qruplarında daha çox məşq, turnir və inkişaf imkanları yaradılmalıdır. Nə qədər çox qız futbola cəlb olunsa, gələcəkdə millimiz də bir o qədər güclü olacaq".

Qeyd edək ki, M.Mollayeva bir neçə gün öncə Azərbaycanın U-15 millisinin baş məşqçisi Rövşən Qasımovun köməkçisi təyin olunub.

Oxşar xəbərlər

AFFA rəsmisi Emrah Aykurt: "Məqsəd bütün yaş qruplarında vahid futbol anlayışı formalaşdırmaqdır"
Azərbaycan millisinin futbolçusu: "Litvanı üstələyərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağımıza ümid edirəm"
Azərbaycanın millisinin analitiki: "Yığmaya faydalı olacağıma inanıram"
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
Nərgiz Qurbanova: "Azərbaycanda təcrübəli qadın futbolçu yetişdirmək üçün zamana ehtiyac var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər