Ermənistan XİN: Rusiyanın TRIPP layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur
sizinxeber.az xəbər saytı

Ermənistan XİN: Rusiyanın TRIPP layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur


Rusiyanın "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə cəlb edilməsi məsələsi müzakirə olunmur.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan TRIPP layihəsinin yalnız rəsmi Moskvanın iştirakı halında fayda verəcəyi barədə Rusiya tərəfinin bəyanatını şərh edərkən bildirib.

"TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, razılaşma imzalanıb və layihə icra mərhələsindədir. Hazırda Rusiya tərəfinin TRIPP-ə hər hansı bir formatda cəlb edilməsi məsələsi müzakirə olunmur, gündəlikdə belə bir məsələ yoxdur", - M.Safaryan bildirib.

Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğunu nəzərə alaraq TRIPP üzrə tranzitin hansı formatda həyata keçiriləcəyi barədə suala cavab olaraq o qeyd edib ki, hazırda ölkə təşkilatın üzvüdür və tranzit qaydaları ittifaqın reqlamentinə uyğundur.

Oxşar xəbərlər

Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib
Vaşinqton və İrəvan TRIPP ilə bağlı bir sıra əməliyyat məsələlərini razılaşdırıb
Paşinyan: Qazaxıstan TRIPP layihəsinə maraq göstərir
Mirzoyan: Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb
Aİ və Ermənistan arasında TRIPP layihəsi ilə bağlı birgə bəyannamə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər