AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları (AZAL) yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.
Bu barədə "Report"a Dövlət Agentliyindən məlumat verilib.
Qərar Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə nəzarəti nəzərdə tutan müddəalarına uyğun aparılan araşdırmanın nəticəsində qəbul edilib.
Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.
"Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, yeni xidmət çərçivəsində internet bağlantısı "Viasat" peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.
Qeyd edilib ki, sərnişinlər uçuş zamanı sərfəli qiymətlərlə limitsiz, yüksək sürətli internetdən istifadə edə biləcəklər.
Biznes sinfi sərnişinləri, eləcə də "AZAL Miles" loyallıq proqramının "Elite" və "Platinum" statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.
İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.
"Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil "Airbus A320neo" və "Airbus A321neo" tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə veriləcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Dövlət satınalmalarının vahid internet portalına yeni funksiya əlavə edilib
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 5 dəfə artıb
Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 4 dəfə artıb
Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni dövlət standartları hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
