"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda beynəlxalq konqresin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən qala uzun illər boyu şəhəri xarici hücumlardan qoruyaraq onun alınmazlıq rəmzinə çevrilib. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilib.
Daha sonra konqres iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhərinin mərkəzi meydanını ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı ilə də tanış olublar.
Qonaqlara bildirilib ki, Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin tarixi-mədəni irsinin qorunması ilə yanaşı, onun beynəlxalq mədəniyyət və elm mərkəzi kimi inkişafına da xidmət edir.
Oxşar xəbərlər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" keçiriləcək
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
İrlandiya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
